3 C
Baku
Saturday, December 14, 2024

Rəqəmsal avro üçün prototip hazırlanmasına dəstək verəcək 5 şirkət seçilib

Avropa Mərkəzi Bankı (Mərkəzi Bank) rəqəmsal avro üçün prototip hazırlanmasına dəstək verəcək 5 şirkəti seçib. Bu 5 şirkət arasında “Amazon” da var.

Banker.az xarici mətbuata istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən seçilmiş digər bank və şirkətlər bunlardır: İspaniyadan “CaixaBank”, Fransadan “Worldline SA”, İtaliyadan “Nexi” və “EPI”.

Bu 5 bank və şirkət aprel ayında Mərkəzi Banka müraciət edən 54 bank və şirkət arasından seçilib.

Mərkəzi Bank açıqlamasında vurğulayıb ki, məqsədləri rəqəmsal avronun arxasındakı texnologiyanın bu şirkətlər tərəfindən hazırlanmış prototiplərlə inteqrasiyasını görməkdir.

 

Son xəbərlər
Digər xəbərlər