-3 C
Baku
Sunday, December 15, 2024

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “Azercell”ə transfer olub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Anar Qasımov vəzifəsindən azad edilib.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.

Nazirin digər əmri ilə onun yerinə bu vəzifəyə Ceyhun Hüseynzadə təyin edilib.

Bu təyinata qədər C.Hüseynzadə adıçəkilən şöbədə müdir müavini vəzifəsində çalışıb.

A.Qasımov isə “Azercell Telekom” MMC-nin transformasiya proqram meneceri təyin edilib.

 

 

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər