1 C
Baku
Saturday, December 14, 2024

Rəqəmsal islahat: Yaponiyada yeni nazirlik yaradıldı

Yaponiyada 2021-ci ilin payızında rəqəmsal islahatlar üzrə yeni nazirliyin yaradılması planlaşdırılır.

Bu barədə cümə günü Yaponiyanın işgüzar “Nikkei” qəzeti məlumat yayıb (AzərTac bildirir). Bildirilir ki, yeni nazirliyin əsas vəzifəsi hökumətin fəaliyyətinin rəqəmsallaşdırılmasından ibarət olacaq. Hökumətin bu addımı koronavirus pandemiyası nəticəsində nazirliklərin fəaliyyətində, xüsusən əlaqələndirmədə operativliyin və inzibati prosedurların icrası zamanı sürətin aşağı olması ilə bağlıdır.

Qeyd edək ki, yeni Baş Nazir Yoşihide Suqa öz hökumətini formalaşdırarkən artıq Rəqəmsal İslahatlar naziri vəzifəsini təsis edib və bu vəzifəyə Ş.Abe hökuməti dövründə elmin və texnologiyaların inkişafına cavabdeh olmuş Takuya Haraini təyin edib.

Xatırladaq ki, Yaponiya parlamenti sentyabrın 16-da yeni Baş Nazir vəzifəsinə iki gün əvvəl hakim Liberal Demokratik Partiyanın sədri seçilən Yoşihide Suqanın namizədliyini təsdiq edib. Y.Suqa xəstəliyə görə istefa vermiş Ş.Abe hökumətində Nazirlər Kabinetinin baş katibi vəzifəsini tuturdu.

Son xəbərlər
Digər xəbərlər