Banker.az xəbər verir ki, İtaliyanın BPM bankı “Rəqs edən milyonçu” kimi tanınan 50 yaşlı Canluka Vakki-nin əmlakını həbs edib.
Vakki bir neçə yaxtasından, vilasından və qolf-klubdakı payından məhrum olub ki, bütün bunlar da onun 2008-ci ildə əldə etdiyi 10 milyonluq kreditin maliyyə dəstəyi idi. Vakki o zamandan etibarən 2 milyon avro olmaqla iki dəfə ödəniş edib və 2015-ci ildə zamanı başa çatan üçüncü ödənişi həyata keçirə bilməyib.
İtaliyanın Il Fatto Quotidiano nəşri yazır ki, milyonçunun aktivlərinin həbs edilməsi domino effekti yarada bilər: onun investisiya holdinqinin üçumi həcmi demək olar ki, 30 milyon avro təşkil edir.
Qeyd edək ki, Canluka Vakki iyun ayının sonunda 3 ildən artıq münasibətdə olduğu model sevgilisindən ayrıldı. O özünün inanılmaz məşhurluğunu öz keçmiş rəfiqəsinə borcludur. Belə ki, keçən ilin iyul ayında onların yaxtanın göyərtəsindəki rəqsi bütün sosial şəbəkələrdə populyarlıq qazanmışdı.