18 C
Baku
Monday, April 29, 2024

Rəşad Nəbiyev Dünya İqtisadi Forumu ilə əməkdaşlığı müzakirə edib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüş keçirib.

Banker.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanla Dünya İqtisadi Forumu arasında mövcud əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, bu əməkdaşlıq çərçivəsində Forumun Dördüncü Sənaye İnqilabı Mərkəzinin yaradılması ölkə iqtisadiyyatının diversifikasiyası və investisiyaların cəlb edilməsində mühüm rol oynayacaq.

Görüşdə rəqəmsal transformasiya, innovasiyalar və kibertəhlükəsizlik məsələləri müzakirə olunub. Potensial əməkdaşlıq sahələri haqda fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər