Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olan İraq parlamentinin nümayəndə heyəti ilə görüş keçirib.
Bu barədə Nazirlikdən məlumat verilib.
Görüş zamanı ölkələr arasında nəqliyyat, kommunikasiya və digər sahələr üzrə əməkdaşlığın gələcək perspektivləri, o cümlədən İraq tərəfinin müxtəlif sahələrdə Azərbaycan təcrübəsindən yararlanma imkanları müzakirə edilib. Azərbaycan və İraq arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçirilməsi, iki ölkə arasında normativ-hüquqi bazanın genişləndirilməsi və hava daşımaları sahəsində əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.