Türkiyə lirəsi (TRY) manata qarşı 3 il öncə Azərbaycan baş vermiş ilk devalvasiyadan bu tərəfə ən aşağı həddə keçib.
Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən təqdim edilən rəsmi məzənnələrdə bu deyilir.
Belə ki, Türk lirəsi gün ərzində 1,63%, ilin əvvəli ilə müqyisədə 10% ucuzlaşaraq 0,4109 səviyyəsinə enib. Bu da 2015-ci ilin dekabrından bu tərəfə ən aşağı həddə keçməsi deməkdir.
Bildirək ki, 2006-ci ildən bu tərəfə (manatın denominasiyası) Türk lirəsi manata qarşı ən aşağı məzənnəsi 12.02.2015- tarixində 0.3133 manat, ən yuxarı həddi isə 15.01.2008 tarixində 0.7363 manat olmuşdur.
Xatırladaq ki, hazırda lirə ABŞ dollarına qarşı ucuzlaşaraq tarixi minumuma düşüb və dolların məzənnəsi hazırda ölkədə 4,14 lirə ilə müəyyən olunub.