-1 C
Baku
Saturday, December 14, 2024

Rəsmi: Ölkədə 250 min nəfər işsiz kimi qeydiyyatdan keçib – orta aylıq ₼402.6 işsizlik sığortası ödənilib

2023-cü il iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 250.1 min nəfər olub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

Qeyd edilir ki, işsiz kimi qeydiyyatdan keçənlərin 32.5 faizini qadınlar təşkil edib.

İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 402.6 manat olub.

2023-cü il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 213.1 min nəfər, onlardan 4 mln 920.6 min nəfərini məşğul əhali təşkil edib.

DSK deyib ki, yeni hesabatlar 2019-cü ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələri nəzərə alınıb.

Beləliklə, 1 iyun tarixinə Azərbaycanda ümumi işsizlərin sayı 292.5 min nəfər olub. Buda ümumi iqtisadi fəal əhalinin 5.61%-dir. Bundan öncə isə işsizlik səviyyəsi 5.63%-dən yuxarı idi.(ətraflı)

2023-cü ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10.8 faiz artaraq 913.9 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3 714.9 manat, qeyri neft-qaz sektorunda 860.0 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 861.7 manat, özəl müəssisələrdə isə 972.1 manat olunub.

Son xəbərlər
Digər xəbərlər