17 C
Baku
Monday, May 13, 2024

Rəsmi statistika deyir ki, Azərbaycanda işsizlik səviyyəsi 5.95%-dən aşağı düşüb

Azərbaycanda 2022-ci ilin 1 aprelinə olan işsizliyin səviyyəsi yenidən azalıb.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

DSK bildirir ki, Azərbaycanda işsizlik səviyyəsi 5.943% təşkil edib. Bir ay öncə bu rəqəm 5.951% idi.

Məlumata görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 307.1 min nəfər və onlardan 4 milyon 991.7 min nəfəri işlə təmin olunmuşdur. Beləliklə, 315.4 min şəxs işsizdir.

2324213312313

İşsizliyin səviyyəsi- (Minilliyin bəyannaməsində əks olunmuş inkişaf göstəricilərindən) -işsizliyin tərifi müəyyən dövr ərzində işi olmayan, lakin işləməyə hazır olan və muzdla və ya özüməşğulluq üzrə iş axtarmaq üçün konkret addımlar atan adamların hamısını əhatə edir. İşçi qüvvəsi işə malik olan, həmçinin müəyyən dövr ərzində işə malik olmayan adamları özündə birləşdirir.

Məşğulluq – bu, konkret hesabat dövründə bu və ya digər gəlir gətirən iqtisadi fəaliyyət növündə iştirak edən və ya müvəqqəti olaraq iştirak etməyən adamdır. İqtisadi fəallıq haqqı ödənilməklə və ya gəlir əldə etmək məqsədi ilə, yaxud şəxsi ev təsərrüfatında istifadə üçün mal və xidmətlərin istehsalını əhatə edir.

İşsizlərin sayı işçi qüvvəsinin ümumi sayına bölünür.

2022-ci ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 145.4 saat təşkil etmişdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər