26 C
Baku
Saturday, July 27, 2024

Rabitəbank 2018-ci ili 3 milyon mənfəət ilə başa vurdu

Bank 2018-ci ili 3,1 mln manat mənfəət və 772 mln manat aktiv həçmləri ilə
tamamlamışdır.

Bankdan Banker.az-a verilən məlumata görə bankın kredit portfeli 2018-ci il ərzində 37% artaraq 324 mln. manat, məcmu kapitalı isə 12% artaraq, 102 mln manat təşkil etmişdir. 2018-ci il ərzində bankın cəmi gəlirləri əvvəlki il ilə müqayisədə 15% artaraq 47 mln manat, xərcləri isə 44 mln. manat təşkil etmişdir.

Bank həmçinin,  2018-ci ildə əvvəlki il ilə müqayisədə, verilmiş biznes kreditlərin həcmi
23%, istehlak kreditlərin 163%, ipoteka kreditlərin isə 170% artmışdı. 2018-ci ildə sürətli pul köçürmələri 34%, plastik kartların sayı cəmi 15%, onların içində əmək haqqı
kartlarının sayı isə 21% artmışdı.

Rəqamsal xidmətlər sahəsində bank ciddi irəliləyişlər nümayiş etmişdir. Bankın internet
banking xidmətinin istifadəçiləri olan hüquqi şəxslərin sayı 1200-ü keçmişdir.
Rabitəbank 2018-ci ildə, ölkədə ilk dəfə bank əməliyyatlarının həyata keçirildiyi
Telegram və Facebook Messenger üzərindən chatbot-u istifadəyə vermiş və bot
vəsitəsilə pul köçürmələri xidmətini müştərilərə təqdim etmişdir.

2018-ci ildə, bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunmuşdur. Belə
ki, bankın, Xocalı pr. 37, Dəmirçi plaza ünvanında, yeni Xətai şöbəsi müştərilərin
istifadəsinə verilmişdir. Digər 4 filialı ünvanını dəyişərək, əsaslı təmir olunmuş geniş
ofislərə köçürülmüşdür. Həmçinin paytaxtda daha 4 ATM istifadəyə verilərək, sayı 65-ə
çatdırılmışdır.

İldən-ilə inkişaf edən və ictimaiyyət arasında inamlı banklardan birinə çevirilən
Rabitəbank, 2019-cu il üçün yeni məhsul və xidmətlərini öz müştərilərinə təqdim etməyə
hazırlaşır.

Son xəbərlər
Digər xəbərlər