27 C
Baku
Saturday, July 27, 2024

“Rabitəbank”-ın İdarə Heyətində dəyişiklik olub

Banker.az-ın əldə etdiyi məlumata görə, Orhan Gültekin “Rabitəbank’’ ASC-də İdarə Heyəti Sədrinin 1-ci müavini olaraq təyin olunub.

Qeyd edək ki, buna qədər Orhan Gültekin 06 mart 2018-ci il tarixindən Rabitəbankda İdarə Heyəti Sədrinin müavini (Satış üzrə) vəzifəsini icra edirdi.

Gültekin Orhan Rifat oğlu 06 may 1970-ci ildə Türkiyənin Bursa şəhərində anadan olmuşdur.

1987-1991-cı illərdə Türkiyənin Hacettepe Universitetində Menecment ixtisası üzrə bakalavr təhsili almışdır.

Orhan Gültekin 1993-cü ildə “Garanti” bankda öz karyerasını auditor olaraq başlatmış, daha sonra 1997-2001-ci illərdə “Koçbank”-da Satış üzrə müxtəlif idarəedici vəzifələrində;

2001-2012-ci illərdə “Yapı Kredi Bank – Türkiyə’’də satış üzrə Regional Direktor və İcraçı vitse-prezident vəzifələrində çalışmışdır.

2012-2015-ci illərdə ‘’Yapı Kredi Bank – Azərbaycan’’da Baş Direktor (satış üzrə) olaraq fəaliyyət göstərmişdir.

Son xəbərlər
Digər xəbərlər