26 C
Baku
Saturday, July 27, 2024

“Rabitəbank” son 1 ildə kredit portfelinin hesabına böyüyüb

“Rabitəbank” ASC-nin aktivləri son bir il ərzində 6% böyüyüb.

Banker.az bu barədə Bankın 2018-ci ilin yanvar-dekabr ayları üzrə maliyyə hesabatında deyilir.

Hesabat dövrü ərzində Bankın cəmi aktivləri 772,11 mln. manata çatıb. Cəmi aktivlərin 317,77 mln. manatı kredit portfeli, 136,83 mln. manatı banklararası kreditlər və depozitlər və 64,51 mln. manatı isə qiymətli kağızlar bazarına bankın yatırdığı məbləğ olub.

Aktivləri ötən 2018-ci ilin əvvəli ilə müqayisə etsək bir sıra rəqəmlərdə fərqli istiqamətlərə yönəldiyinin şahidi olarıq. Belə ki, ötən ilin əvvəlində qiymətli kağızlara investiyaların həcmi 105,79 mln. manat təşkil etdiyi halda ilin sonunda 40% bu portfeli kiçilib.

Bank müştərilərə verdiyi kreditlərlə bağlı rəqəmlər isə əksinə müsbət istiqamətə dəyişərək 35% artımın olmnası deməkdir. Məhz bu səbəbdən də yuxarıda qeyd edilən cəmi aktivlərdəki artım baş verib.

Bankın cəmi öhdəlikləri 2018-ci ilin əvvəli ilə müqayisədə sonunda 682,3 mln. manata qədər artıb. Burada, 77,65 mln. manatı maliyyə institutlarının uzunmüddətli aktivləri, 384,74 mln. manat müştəri hesabları və 210,95 mln. manat isə müştərilərin banka yatırdığı müddətli depozitlərdir.

Öhdəliklər nə səbəbdən artıb?

Geridə qoyduğumuz ilin əvvəli ilə müqayisədə sonunda görərik k, 26,44 mln.manatlıq müştəri depozitini bankdan geri çəkib ki, bu da illik depozit portfelində 11%-dən çox kiçilmə deməkdir. Bankda müştərilərin cari hesabları isə əksinə 46,78 mln. manat, yəni, 14% artıb ki, bu səbəbdən də öhdəliklər də artım rəqəmin müşahidə edilir.

Bankın məcmu kapitalı hazırda 103,47 mln. manat təşkil edib. Bu artım bankın səhmdarlarının ötən ildə 12,8 mln. manatlıq nizamnamə kapitalının artırılması və 3,12 mln. manatlıq xalis mənfəət səbəbindən baş verib.

dsffsCapture 1

Son xəbərlər
Digər xəbərlər