11 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

Rabitəbankın investisiya şirkətinə rəhbər təyin edilib

“Rabitəbank” ASC-nin investisiya şirkətinin yeni direktoru təyin edilib.

Banker.az xəbər verir ki, İkram Səfərəliyev Bəhman oğlu “Capital Partners İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin direktoru təyin edilib.

O, bu vəzifədə İbrahim Mikayılov Koroğlu oğlunu əvəz edib.

İnvestisiya Şirkəti “Rabitəbank” ASC-nin 2007-ci ildə təsis etdiyi, “Bakı Fond Birjası” QSC-nin səhmlərinin 4.76%-nə nəzarət edən “Kapital Partners” MMC-nin hüquqi varisidir və Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş “Qiymətli kağızlar bazarı haqqında” qanuna uyğun olaraq kapital bazarında fəaliyyət göstərəcək.

Hazırda 80 min AZN nizamnamə kapitalı olan (normativdə minimum 300 min AZN) “Capital Partners İ.Ş.”nin bu ildən fəaliyyətə başlaması, həm əsas, həm də yardımçı investisiya xidmətləri təklif etməsi planlaşdırılırdı.

“Capital Partners İ.Ş.”əsas fəaliyyət istiqamətləri qiymətli kağızlar və yaxud törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, qiymətli kağızların yerləşdirilməsi, anderraytinqi və investisiya məsləhətlərinin verilməsi olacaq.

Son xəbərlər
Oxşar xəbərlər
X