6 C
Baku
Sunday, December 15, 2024

Rabitəbank 2023-cü ilin III rübünün maliyyə hesabatını açıqlayıb.

Ölkənin aparıcı banklarından olan Rabitəbank bu ilin ilk 9 ayını əhatə edən maliyyə göstəricilərinə dair hesabatını ictimaiyyətə təqdim edib.

2023-cü ilin III rübündə Rabitəbankın mənfəəti 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 33% və ya 4 milyon 142 min manat artaraq 16 milyon 817 min manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın aktivləri 48.8 milyon və ya 5% artaraq 1 milyard 3 milyon manat təşkil edib.

Hesabat dövründə bankın müştərilərə verdiyi kreditlərin həcmi 15% artaraq 701,5 milyon manat təşkil edib. Bu dövrdə bankın istehlak kreditləri 241,4 milyon manat (illik müqayisədə 17% çox), biznes kreditləri 334.6 milyon manat (illik müqayisədə 10% çox), daşınmaz əmlak kreditlərinin həcmi isə 125,5 milyon manat (illik müqayisədə 26% çox) təşkil edib.

Bankın qazandığı nailiyyətlərdən biri də faiz gəlirlərində olan müsbət dinamikasıdır. Belə ki, bankın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 33.44% artaraq 65,7 milyon manata çatıb. Qeyd edək ki, bankın qeyri-faiz gəlirlərində də əhəmiyyətli artım müşahidə edilib. Bu göstərici üzrə artım 11.7 % təşkil edib.

Açıqlanan hesabatdan görünür ki, bank dayanıqlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir və bankın kapitalı 7% artaraq 119,5 milyon manata çatıb.

“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 28 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər