Rafiq Abbasov vəzifəsindən istefa verdi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov vəzifəsindən istefa verib.

O, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

“Əziz və doğma kollektivim! Sizlərlə birlikdə uzun müddət çalışmaq xoş idi. Hər birinizə gələcəkdə nazirliyimizin iş fəaliyyəti yolunda uğurlar arzulayıram!”, – R. Abbasov yazıb.

Qeyd edək ki, Raqif Abbasov 2007-ci ildən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsində çalışırdı.

Son xəbərlər
Digər xəbərlər