15 C
Baku
Friday, April 26, 2024

“Rahat” supermarketlərin sahibi cərimələnir – Xariclə valyuta əməliyyatlarına görə

“Rahat” supermarket şəbəkəsi, yaxud hüquqi adı ilə “ANC Group” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnir.

Bu barədə Banker.az-a məlumat daxil olan mənbələrin qeydlərində bildirilir.

Pərakəndə ticarətlə məşğul olan “ANC Group” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilən cərimə protokolu 31 avqust 2021-ci il tarixdə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkətlər nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

“ANC Group” MMC 2010-cu ildə yaradılıb və 7 083 000 manat nizamnamə kapitalına sahibdir. Azərbaycanda pərakəndə bazar iştirakçısı olan “Rahat” marketlər şəbəkəsinin sahibdir. Ölkədə 52 supermarket şəbəkəsini “Rahat” brendi, ikisini isə “Sarı” brendi altında idarə edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər