12 C
Baku
Wednesday, December 11, 2024

Ramil Usubov İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

Bakıda səfərdə olan İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Azərbaycan Respublikası Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşüb.

Görüşdə Əli Şamxani iki ölkənin və iki xalqın ortaq tarixi, dini və mədəni köklərinə toxunub.

O, Azərbaycan Respublikası ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsinin İran İslam Respublikasının xarici siyasətinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Görüş zamanı ikitərəfli əlaqələr, regional məsələlər müzakirə edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər