-3 C
Baku
Sunday, December 15, 2024

İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edildi, yenisi təyin edildi

Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni təyinat olub.

Banker.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev  2 dekabr 2017-ci il tarixində sərəncam imzalayıb.

bu günə qədər Quba Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində olan Yaşar Qəhrəman oğlu Məmmədov vəzifəsindən azad edilərək, əvəzinə, Ziyəddin İsmayıl oğlu Əliyev təyin edilib.

Qeyd edək ki, Yaşar Məmmədov Prezidentin 27 yanvar 2015-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Son xəbərlər
Digər xəbərlər