Bəhsə girərəm ki, bizim bir çox oxucularımız daha çox kompüterdə mətn və yazıların sürətini çıxarır, nəinki kağızda qələmlə qeydlər aparırlar. Buna görə də insanların xətti pozulur, yazı yazma sürəti aşağı düşür və orfoqrafik səhvlər çoxalır. Insanları yenidən qələmə sarılmağa məcbur etmək üçün Koreyadan olan dizaynerlər qrupu çox maraqlı və qəribə Recorder Pen qadcetini hazırladılar. Bu eyni zamanda həm qələm, həm də kompüterdir.
Möcüzə qələm Recorder Pen görünüşcə demək olar ki, adi qələmdən heç nə ilə fərqlənmir. O, yazılanları yadda saxlaya bilir və Bluetooth vasitəsilə onu kompüterə və ya telefona elektron çap mətni formasında ötürə bilir. Nəticədə onu yenidən redaktə etmək, çap etmək və ya elektron poçt vasitəsilə göndərmək mümkündür.
Yaddaşı və Bluetooth-u olan möcüzə qələm Recorder Pen
Qəribə konsept ilk növbədə müasir məktəblilərin valideynlərini sevindirəcək, çünki hazırkı məktəblilər dərsliklərə nisbətən Word fayllardan daha maraqla istifadə edirlər. Bundan başqa, Recorder Pen mətnləri əl ilə yazmağı xoşlayan insanların da xoşuna gələcək, onlar bunu kiməsə ünvanladıqları və əllə yazdıqları mətnlərin daha xoşagələn, ürəkdən olması ilə izah edirlər. Daha sonra bu mətni noutbuka köçürmək və yadigar saxlamaq fikri isə daha bir üstünlükdür.