“Reddit” platformasının naməlum istifadəçiləri “Etherium” və “Binance Smart Chain” şəbəkələrində token buraxıblar.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Kriptovalyutanın rəsmi veb-saytında yaxın zamanda mərkəzləşdirilmiş “MuskExchange” birjasının işə başlaması barədə məlumat verilir.
Tərtibatçılar yeni kriptovalyuta haqqında məlumatlar paylaşanlara “Bounty” proqramı daxilində tokenlər veriblər.
Yanvar ayında “GameStop” mağazalar şəbəkəsinin səhmləri ilə bağlı baş verən hadisə, “Reddit” istifadəçilərinin bazarları manipulyasiya edə bildiklərini göstərib. İndi də “MuskCoin” yaradıcıları platformadan analoji dəstək gözləyirlər.
İlon Mask özü kriptovalyutaların ən məşhur fanatlarından biridir. Onun “Dogecoin” haqqında “tvitləri” məzənnənin 100%-dən yüksək artmasına səbəb olub.
Maskın fikrincə, bu layihənin əsas problemi az sayda cüzdanda kriptovalyutaların yüksək konsentrasiyasıdır. Milyarder hətta “Dogecoin” sahiblərinə pul təklif etmişdir.
“Tesla” və “SpaceX” şirkətlərinin sahibi “MuskCoin”ə hələki heç bir reaksiya verməyib. Kriptovalyutanın adından onun soyadından istifadəsinə necə reaksiya verəcəyini yalnız təxmin etmək olar.