8 C
Baku
Friday, December 13, 2024

“Reebok” Rusiyada adını dəyişir

“Reebok” şirkəti Rusiyadakı mağazalarının adını dəyişdirərək, bu ölkədə fəaliyyətini davam etdirdiyini açıqlayıb. Bildirildiyi kimi, şirkətin yeni adı “Sneaker Box” olub. Təqdim olunan məhsullar, o cümlədən geyim üzərindəki loqo əvvəlki kimi qalacaq.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Moskvada mağazalar sentyabrın 12-sindən sonrakı həftədə işə başlayacaq. Bütün Rusiya üzrə isə mağazalarda satış oktyabr ayından əvvəl başlayacaq.

Xatırladaq ki, 2022-ci ilin may ayında “Reebok”un Rusiyadakı biznesi ölkə daxilində 100 mağazası olan Türkiyənin “FLO” holdinqinə satılıb.

“FLO” – 1960-cı illərin əvvəllərində yaradılmış bir şirkətdir. Pərakəndə satıcı bir neçə digər şirkəti də idarə edir. Onlar sırasında “Kinetix”, “Polaris”, “Polo Assn” və digərləri var. 12 may 2022-ci il tarixində “Yeni Şafak” nəşri “Reebok”un “FLO” ilə müqavilə imzaladığını və bu müqaviləyə əsasən türk holdinqinin 12 ölkə üçün brend məhsullar istehsal edəcəyini yazıb.

Son xəbərlər
Digər xəbərlər