10 C
Baku
Wednesday, December 11, 2024

Rekord: Türkiyədə 1 dollar 14.42 lirəyə çatdı

Türkiyə Mərkəzi Bankının faiz dərəcəsinin yenidən endirəcəyi ehtimalı milli valyutanın yeni rekord ucuzlaşmasına səbəb olub.

Banker.az xəbər verir ki, dollar/TL cütlüyünün məzənnəsi Bakı vaxtı ilə 12:18 radələrində 3.83%, yaxud 53 kuruş artımla 14.4150 səviyyəsinə yüksəlmiş olub. Bu da USD/TRY məzənnəsi üçün tarixi maksimum deməkdir.

EUR/TRY cütlüyü isə gün ərzində 3.67%, yaxud 58 kuruş artımla 16.3007 səviyyəsinə çatıb.

TCMB-nin Pul Komitəsi həftənin son iş gününə faiz dərəcəsinə dair qərar verəcək. İnflyasiyanın pisləşməsi daha qabarıq görünsə də, faiz endiriminin davam etməsi TL-nin ucuzlaşmasına səbəb olur. Digər tərəfdən, çərşənbə günü keçiriləcək FOMC toplantısında FED-in aylıq 15 milyard dollar olan aktiv azaldılması məbləğini artıracağı gözlənilir.

Bu arada ABŞ dollarının altı əsas valyuta səbəti qarşısındakı məzənnəsi sessiya ərzində 0.2% artımla 96.257 bəndə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər