9 C
Baku
Thursday, December 12, 2024

“Renault” və “Nissan” Hindistanda istehsala $600 mln. sərmayə qoyurlar

“Renault Group” və “Nissan Motor” ilk birgə layihəni elan ediblər. Konsernlər Hindistanda yeni modellərin istehsalına ümumilikdə 600 milyon dollara yaxın vəsait ayırmaq niyyətindədirlər.

Şirkətlərin hər biri üç ədəd olmaqla altı yeni model hazırlamaq və istehsal etmək üçün Çennaydakı bazalarından istifadə edəcəklər. Onlardan ikisi elektrik mühərrik ilə təchiz olunacaq. Eyni zamanda, iki konsernin tədqiqat mərkəzi yeni avtomobillərin hazırlanmasına dəstək olmaq üçün əlavə 2000 işçi işə götürəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Yeni modellər təkcə Hindistan bazarı üçün deyil, həm də kütləvi ixrac üçün nəzərdə tutulacaq. “Alyansın ilk ortaq bazası Hindistandadır və məhz bu ölkə alyansın tarixində yeni bir səhifənin mərkəzində olacaq”, – “Nissan”ın bazarlar üzrə rəhbəri AMIEO (Afrika, Yaxın Şərq, Hindistan, Avropa və Okeaniya) Hiyom Kartye bildirib.

Son xəbərlər
Digər xəbərlər