3 C
Baku
Saturday, December 14, 2024

“Renault”un Fransadakı 4 zavodu bağlana bilər

“Renault” Fransada 4 avtomobil zavodunu bağlaya bilər.

Avtomobil sektorundakı böhranla qarşılaşan “Renault”, fevral ayında elan etdiyi 2 milyard avro həcmində böyük bir qənaət planını mayın 29-da açıqlamalıdır.

Bildirilir ki, qənaət məqsədi ilə “Renault”un 263 işçisi olan “Choisy-le-Roi”, 386 işçisi olan “Dieppe” və 385 işçisi olan “Les Fonderies” zavodları tamamilə bağlanacaq. 2600 işçisi olan “Flins” zavodu isə istehsalını dayandıracaq, ancaq bu zavod digər fəaliyyətə həsr ediləcək.

“Renault” qrupunun COVID-19 epidemiyasından əvvəl çətin vəziyyətdə olduğu bildirilmişdi. Epidemiya ucbatından qrup daha acınacaqlı vəziyyətlə üzləşib. Qrupun inzibati şurası mayın 28-də toplaşmalıdır.

Həmkarlar təşkilatları bu qədər iş yerinin ləğvinə etiraz edərək, qrupun bu vəziyyətə düşməsində sanitar böhranın deyil, “Renault”un sabiq baş direktoru Karlos Qonun idarəsinin və strategiyasının nəticəsi olduğunu bildiriblər. Məhz bu strategiyanın dəyişdirilməli olduğu vurğulanıb.

Qeyd edək ki, Fransa 15 faiz kapitalla qrupun birinci aksioneridir. Qrupu bu vəziyyətdən qurtarmaq üçün dövlətin 5 milyard avro yardımına baxmayaraq, zavodların bağlanmasının labüd olduğu bildirilib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər