15 C
Baku
Friday, March 29, 2024

“Renessans Palace” premium yaşayış kompleksinin daha bir binası sakinlərin ixtiyarına verildi

“AS Qrup İnvestment” şirkətinə aid premium yaşayış kompleksi “Renessans Palace” növbəti binasını təmirə təhvil verdi. Sayca ikinci korpusda yerləşən mənzillərin açarları sahiblərinə təqdim olundu.

Açarların təqdimatı üçün “Renessans Palace” yaşayış kompleksində rəsmi və bədii hissədən ibarət  xüsusi tədbir keçirildi. Təqdimatda çıxış edən “AS Qrup İnvestment” nümayəndələri təmir üçün yaradılan şəraitdən və mənzil sahiblərinin təmir zamanı əməl etməli olduqları şərtlər barədə informasiya verdilər. Şirkət nümayəndələri ilə görüşən sakinlər öz suallarını ünvanlayıb onları maraqlandıran məsələlər barədə ətraflı məlumat aldılar.

“AS Qrup İnvestment” şirkətindən bildirildi ki, payızadək kompleksin bütün korpusları təmirə təhvil veriləcək və daha sonra binalarda yaşayış təmin olunacaq.

İnfrastrukturunda, binanın keyfiyyətində və digər xüsusiyyətlərdə premium seqmentin bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1084 mənzildən ibarətdir.  Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mistubishi” markalı liftlər quraşdırılıb. Mənzillərin hündürlüyü standard ölçülərdən daha artıq –  3.35 metrdir. Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı pəncərələr olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,5 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı park olacaq.

Son xəbərlər
Digər xəbərlər