27 C
Baku
Saturday, July 27, 2024

Respublikanın taxıl üzrə məhsuldar olan rayonlarının siyahısı açıqlandı

Dənli və dənli paxlalı bitkilərin kütləvi biçini davam edir. 2017-ci il iyul ayının 24-nə olan məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 944,5 min hektar sahənin 870,8 min hektarı və yaxud 92,2 faizi biçilərək məhsulu yığılmışdır. Toplanmış məhsul 2515,1 min ton təşkil etmiş və məhsuldarlıq 28,9 sentnerə bərabər olmuşdur. Yığılmış məhsulun 1696,6 min tonu və yaxud 67,5 faizi buğda, 797,8 min tonu (31,7 faizi) arpa, 20,7 min tonu (0,8 faizi) digər dənli və dənli paxlalı bitkiləridir.

Dövlət Statistika Komitəsi taxıl biçininin gedişi barədə açıqlamasında məlumat verib.

Respublikanın 12 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 30 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, qalanlarında isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olmuşdur.

Oxşar yazı: Azərbaycanda torpaq sahələri ən baha satılan rayonlar

Ölkənin 26 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı respublika üzrə orta göstəricidən yuxarı olmuşdur. Ən yüksək məhsuldarlıq olan rayonlar;

  • Saatlı – 1 hektardan 40,7 sentner
  • Sabirabad – 1 hektardan  38,9 sentner
  • Bərdə – 1 hektardan 38,3 sentner
  • İsmayıllı – 1 hektardan 37,3 sentner
  • Ağcabədi – 1 hektardan 37,1 sentner
  • Ağdam – 1 hektardan 37,0 sentner
  • Tərtər – 1 hektardan 36,4 sentner
  • İmişli – 1 hektardan 35,4 sentner

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki (214,7 min ton), Cəlilabad (188,8 min ton), Neftçala (118,8 min ton), Füzuli (103,1 min ton), Sabirabad (95,7 min ton), İsmayıllı (90,9 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (85,5 min ton) müşahidə olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər