Reuters: ABŞ və İran iyunun 19-da İsveçrədə danışıqlar aparacaq

ABŞ və İran iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində sazişin icrası ilə bağlı ilkin danışıqlar keçirəcək. Bu barədə “Reuters” agentliyi İsveçrənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Hazırkı plana əsasən, ABŞ və İran nümayəndələri, həmçinin Pakistan, Qətər və digər iştirakçı ölkələrdən olan vasitəçilər sabah Bürgenştokda sazişin icrası ilə bağlı ilkin danışıqlar aparmaq üçün görüşəcəklər. Görüşün qrafiki və detalları barədə hələlik əlavə məlumat yoxdur”, – deyə qurumun açıqlamasında bildirilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər