25 C
Baku
Saturday, April 20, 2024

Reytinq agentlikləri

Reytinq agentliyi – emitentlərin ödəmə qabiliyyətinin, borc öhdəliklərinin, korporativ idarəetmənin keyfiyyətinin, aktivlərin idarə edilməsinin keyfiyyətinin və s nüansların qiymətləndirməsini həyata keçirən kommersiya təşkilatıdır. Reytinq agentliklərinin ən populyar məhsulu – ödəmə qabiliyyətinin qiymətləri –kredit reytinqləridir. O, özündə borc öhdəliyi ilə əlaqədar ödəməmə riskini əks etdirir və faiz dərəcələrinin həcminə, həmçinin borc öhdəliklərinin dəyərinə və gəlirliyinə də təsir edir. Bu zaman ən yüksək reytinq minimum ödəməmə riskinə müvafiq gəlir.

2008-ci il dünya böhranı zamanı defolt səviyyəsində olan qiymətli kağızlara və emitentlərə yüksək reytinqlər verən beynəlxalq reytinq agentlikləri bu sahədəki bu sahədə də mövcud olan nöqsanları büruzə verdi, böhran agentlikləri tənqid hədəfinə çevirərək, onların nüfuzunu da sarsıtdı. Bunun nəticəsində isə ABŞ-da investisiya qərarlarının qəbulu zamanı reytinqlərdən asılılığı azaltmaq məqsədi ilə qanunvericiliyə dəyişikliklər həyata keçirirlər.

 

Ən məşhur reytinq agentlikləri

Dünyada mövcud olan reytinq agentliklərinin sayı bəlkə də 100-dən də çoxdur. Amma onların içərisində ən məşhurları daha doğrusu “Böyük Üçlüyü” təşkil edən beynəlxalq reytinq agentlikləri bunlardır:

  • Fitch Ratings
  • Moody’s
  • Standard & Poor’s

Reytinqlərin açıqlanması

Baxmayaraq ki, müxtəlif reytinq agentliklərində reytinq qiymətlərinin açıqlanması bir-birindən fərqlənir, amma yenə də ümumi qanunauyğunluğu görmək mümkündür: bir qayda olaraq ən yüksək reytinq –AAA olur, daha sonra azalan sırada AA, A, ВВВ və s gəlir. Ən aşağı kredit reytinqini adətən D hərfi ilə işarə edirlər (defolt –kompaniyanın ödəmə qabiliyyətinin olmamasını göstərir)

Növlər

ААА – ВВВ diapazonunda yerləşən reytinqlər investisiya reytinqi, daha sonra gələnlər isə qeyri-investisiya reytinqləri (junk grade) hesab olunur, (Müxtəlif agentliklərdə fərqlidir – əgər Moody’s kompaniyaya P1-P3 arası reytinq veribsə ona investisiya etmək olar, P3-dən aşağı reytinq olarsa investisiya tövsiyə olunmur, Standard &Poor’s-da bu göstərici A3-ə qədərdir, B və C-də investisiya etmək olmaz, Fitch-də isə bu göstərici F3-ə qədərdir, bunlar da nömrələrindən asılı olaraq dəyişir, yəni F1+ reytinqi F3-dən daha çox etibarlıdır). Qeyri investisiya reytinqi olan kompaniyalar cəlb etdikləri kreditlərə görə daha yüksək faiz ödəməli olurlar. Elə investisiya və təqaüd fondları vardır ki, onların qeyri investisiya reytinqinə malik olan müəssisələrə yatırım etməsi nizamnamə qaydaları ilə məhdudlaşdırılır.

Proqnozlar

Reytinq agentlikləri dövlətlərə verdiyi suveren reytinqlər və korporasiya verdiyi reytinqlərdən əlavə, həmçinin də bir –və ya altı aylıq proqnozlarda verirlər.

Pozitiv proqnoz –onu nəzərdə tutur ki, müsbət dəyişikliklər ehtimalı vardır, reytinqi isə gələcəkdə artırmaq mümkündür.

Stabil proqnoz —mənfi dəyişikliklər ehtimalı azdır və çox güman ki, reytinq dəyişilməz olaraq qalacaqdır

Neqativ proqnoz – mənfi dəyişikliklər ehtimalı yüksəkdir, reytinq daha da aşağı salına bilər.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər