18 C
Baku
Monday, April 29, 2024

Risk etməkdən qorxmayın

Riskin uduzmaq ehtimallı olması səbəbindən, insanların çoxu risk etməyi sevmir.   Lakin risk həmçinin udmaq şansıdır. Yaxud bir tədqiqatın materiallarında deyildiyi kimi, “risk istədiyinə nail olmaq şansının haqqıdır”.

Ola bilsin bu, – riskin nə olduğunun və onun adi insanlara necə təsir etdiyinin ən yaxşı təyin edilməsidir.

Sözügedən tədqiqat biheviorist maliiyəsi üzrə baş tədqiqatçı və Kaliforniyanın Santa-Klara Universitetinin professoru Meir Statman və onun Hollandiyanın Tilburq universitetinindən olan iki həmkarı tərəfindən keçirilmişdir. Tədqiqatın predmeti “həyat məqsədləri, əmin-amanlıq və riskə davamiyyət”, işin məqsədi isə investorlara maliyyə bazarlarının necə fəaliyyət göstərdiyini daha yaxşı başa düşmələrinə kömək etmək olmuşdur.

Tədqiqatın müəlliflərinin qeyd etdikləri kimi “sabit investisiyaları təhlükəsiz istiqraz vərəqələrinə qoymaq” çox insanların məqsədidir.  “Lakin riskli investisiyaların, istər bank hesabında olan milyonların, istər qocalıqları üçün qənaət edib toplanmış layiqli vəsaitin yaxud uşaqların və nəvələrin köməyinin səhmlərə, müəsissələrə və hətta lotereya biletlərinə yerləşdirilməsi bizim çoxumuz üçün arzu etdiyimiz həyat məqsədlərinə nail olmaq üçün yeganə ümidimizdir” – tədqiqatda belə deyilir.

Risk etməyən udmur.

Əlbəttə ki, qənaət edilib toplanmış vəsait və investisiyalar lotereya biletlərinin alınmasından daha əlverişlidir, lakin  həqiqət ondan ibarətdir ki investisiya fəaliyyətinin hər bir növü necə də olsa riskin mümkünlüyünü nəzərdə tutur və eləcə də ondan ibarətdir ki, ən yaxşı nəticələr riskdən çəkinməyən investorlarda olur.
Çox insanların problemi ondan ibarətdir ki, onlar riski oyuna “giriş biletinin haqqı” kimi qəbul etmirlər.

Daha çox yayılmış nöqteyi-nəzər belədir:”Mən risk də edə bilərəm, sadəcə pulları da itirmək istəmirəm. Məhz bu səbəbdən investorların çoxları bazar yaxşı dövrünü yaşamayanda risk etmək istəmirlər və əksinə, bazar ralliyə daxil olduğu halda oyuna qoşulurlar. Hər halda bazarlar haqqında hesabat məhz belə meylin olmasını nümayiş edir: investorların əksəriyyəti “yaxşı xəbərlər” eşitməyincə fəaliyyət göstərməyə tələsmirlər.

Güman etmək olardi ki, minimal risklərə və  minimal qazanclara istiqamətlənən strategiya pis deyil, lakin əslində o da risksiz deyil. Statmanın iddia etdiyi kimi, əgər qazanc investorun qarşısında qoyduğu məqsədə çatmaq üçün yetərincə olmasa, investor itkilərdən boyun qaçıraraq təhlükəsizlikdə olduğunu hiss edə bilər, lakin hər halda nəticə onu məyus edəcək.
Bazardan çıxan və “döşəyin altına”, yaxud pul daxılında saxlanılan puldan olan gəlirdən bir qədər çox olan fonda qənaət edib yığılan pullarını qoyan investoru təsəvvür edək.    Əlbəttə, belə investor bazarda olmaqdan baş verə biləcək pul itkisindən müdafiə olunub, lakin onun pulları inflyasiyanın öhdəsindən gəlmək üçün kifayət qədər sürətlə artmayacaq.

Bundan başqa, belə investor faiz dərəcələrinin azalmasından, və eləcə də fəaliyyət müddəti qurtaran depozitlərini yenidən investisiya etmək üçün xərclərdən zərər çəkmək riski ilə üzləşir.  Daha uzunmüddətli və daha yüksək dərəcəli vasitələrə də pul qoymaq faiz dərəcələrinin dəyişməsi təsadüfi baş verdikdə, inflyasiya olması səbəbindən riskə meyillidirlər.
Burada məna, qısa müddətli riskləri azaldaraq, investorun öz məqsədlərinə nail olmaq üçün kifayət qədər qazanc əldə etməməsindən ibarətdir.

Lakin, ola bilsin ki, ən böyük risk bazarlarda sabitlik olmadığı halda həddindən artıq konservativ davranışdır, yaxud əksinə, bazarlarda hər şey yaxşı olduğu halda həddindən artıq aqressiv strategiyadır. Buna misal 2000-ci illərin əvvəlində internet-bum zamanı texnoloji şirkətlərin səhmlərinə tam gücü ilə vəsait qoymuş və nəticədə öz strategiyaları günahından çox zərə çəkmiş investorlardır.

Ömür boyu hər ay lotereya biletinə 100 dollar xərcləmək və daha heç nə etməmək məhz bileti alanın bəxti heç vaxt gətirməyəcəyi ehtimalı olan qısa risklər törədə biləcək strategiyadır.   Və əgər həftədə 99 dolları müxtəlif vasitələrə investisiya etsəz, 1 dollara isə lotereya bileti alsaz, bu halda qısa müddətli risklər əhəmiyyətli dərəcədə azalacaq. Beləliklə, hətta bütün məqsədlərə nail olmaq üçün investisiyalardan olan qazanc kifayət qədər olmadığı halda, lotereyaya 1 dollar xərcləmək udmaq şansıdır.

Statman və onun həmkarları işlərində qeyd etdikləri kimi, insanlar çox halda həyatın sığorta edilməsi polisini də, lotereya biletlərini də almaqla – riskdən boyun qaçırmaq və onun arxasınca getmək kimi iki əks strategiya güdürlər.

Bununla belə, çox sayda ekspertlər oyunçu üçün rahat olan ən əlverişi strategiyanı müxtəlif növ investisiya: yüksək riskli və spekulyativ kağızlardan risksiz investisiyalara qoymaqda görürlər.
Əgər riskin arzu olunan məqsədlərə çatması üçün haqq hesab etsək, bu halda bazarın indiki şəraitində investorlara riskdən boyun qaçırmaqdansa daha çox risk etmələrinə dəyər. Və nəhayət, riskin mümkünlüyünü qəbul etmək, arzu olunana nail olmaq üçün o qədər böyük qiymət deyil.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər