20 C
Baku
Wednesday, April 24, 2024

Risk-menecment ideologiyası

Riyazi düsturların çoxluğuna baxmayaraq, risklərin idarə edilməsini dəqiq elmlərə aid etmək çətindir. Əksinə, peşəkar risk-menecer saray münəcciminə bənzəyir ki, yalnız özünə məlum olan fəndlərin köməyilə gələcəyi xəbər verir.

Risk ehtimaldır, deməli, onu miqdarca faizlərlə ifadə etmək mümkündür.

Risklərin başlıca xüsusiyyəti ondan ibarətdir ki, onlar həmişə mövcuddur. Risklər – fəaliyyətin hər hansı növünün mütləq özünəməxsus artibutudur: heç nəyə 100% əmin olmaq olmaz. Bu, Merfi qanunlarından birini ifadə edir: “Əgər hər şey yaxşıdırsa, deməli siz nəyi isə görə bilməmisiniz”.

Beləliklə, ön plana “risklər çoxdursa, onlardan hansıları idarə etmək mümkündür” sualı meydana çıxır. Cavab son dərəcə sadədir: yalnız bildiyimiz və itkilərini qəbul etməyə hazır olduğumuz risklərlə. Risk-menecerin qarşısında duran mühüm vəzifələrdən biri təşkilatın risk-profilinin tərifidir. Mahiyyət etibarilə, söhbət təşkilatın idarə edilən tipik risklərinin siyahısının tərtibindən gedir ki, bunlar meydana çıxma tezliyinin azalması sırası ilə və ya potensial itkilərin ölçülərinin azalması sırası ilə yerləşdirilir.

Risklərin idarə edilməsi – yaradıcı prosesdir, onu mahnının və ya hətta bütöv bir simfoniyanın yaradılması ilə müqayisə etmək olar. Musiqidə melodiyaların müxtəlifliyi yeddi notdan yarandığı kimi, risklərin idarə edilməsi üçün də bir neçə əsas yanaşmadan istifadə edirlər:

1. Riskin qəbul edilməsi.
2. Riskin məhdudlaşdırılması.
3. Riskin təmin edilməsi.
4. Riskin sığortası.
5. Riskin satışı.
6. Riskdən yayınma.

1. Risklərin qəbul edilməsi

Riskin qəbul edilməsi ən sadə, eyni zamanda, risklərin idarə edilməsinin ən çox yayılmış üsuludur. Bu yanaşmanın tətbiqi həmişə müəyyən əməliyyatın həyata keçirilməsindən gözlənilən faydalarla (gəlirlilik səviyyəsi) onunla bağlı olan riskin səviyyəsi arasında sağlam kompromisin olmasını nəzərdə tutur. Bu halda idarəetmə tədbirləri sövdənin bütün plyus və minuslarını müqayisə etməyə və şəxsi kapitalın zəruri həcminin olmasını təmin etməyə gətirilir.

Mühasibat uçotunda ehtiyat hazırlama cari xərclərin uçotu ilə ehtiyatın ixtisaslaşdırılmış uçotu riskə (bir qayda olaraq, bu, riskə məruz qalmış məbləğdənolan faizdir, yəni bu riskin pulla ifadəsidir ) müəyyən ayırmaların edilməsini nəzərdə tutur. İdeya artıq bu gün mühasibat uçotunda sabah meydana çıxacaq itkiləri əks etdirməkdən ibarətdir.

Bir çox hallarda risklərin ehtiyata saxlanması vergi tutulan mənfəətin ölçüsünü aşağı salmağa və bununla da əlavə pul vəsaitlərinə qənaət etməyə kömək edə bilər. Əks halda biz mənfəətli müəssisə paradoksal fenomeninə malik oluruq ki, bu müəssisə sadəcə vergiləri ödəmək üçün vəsaiti olmadığından müflisləşir. Dövlət bunu çox gözəl başa düşərək, “vicdansız” vergi ödəyicilərini bu kimi cəlbedici imkandan məhrum etməkdə maraqlıdır və bir qayda olaraq, ehtiyata saxlama əməliyyatlarının siyahısı qanunvericiliklə möhkəmlənir. Müasir şəraitdə bu, ehtiyata saxlamanı bir çox müəssisələr üçün mürəkkəb də olmasa, mənasız edir, bu yanaşmanın yeganə müsbət cəhəti ondan ibarətdir ki, mühasibat uçotunda ehtiyat vergi orqanları tərəfindən nəzərə alınmaya bilər, təşkilatın qəbul etdiyi risklərə baxmayaraq, vergi tutulan mənfəət dəyişməz qalar. Onu da qeyd etmək lazımdır ki, bütün bunlar çox vaxt ehtiyat formalaşdırmağın arzu olunmaması kimi əks reaksiya doğurur – bununla da maliyyə hesabatlarında real vəziyyət təhrif edilmiş olur.

Maliyyə hesabatının təhrif edilməsini əyani surətdə ölkənin bank sisteminin sağlamlığına qayğı ilə yanaşan və bu yolla kommersiya banklarını əmanətçilərin pulları ilə risk etməyə məcbur etməyə cəhd edən, ehtiyatların formalaşdırılması qaydalarını diktə edən Mərkəzi bankın etdiyi kimi, Rusiyanın bank sistemində nümayiş etdirmək olar. Kommersiya bankları (ədalət naminə deyək ki, təkcə Rusiyada belə deyil) öz növbəsində, aşağıriskli sövdələr üzrə yol verilən ehtiyatlar yaratmağa çalışırlar ki, mənfəətə olan verginin məbləği maksimum şəkildə azalsın, iri və riskli əməliyyatlar üzrə isə, əksinə, azaltmağa çalışırlar. Bu, kapitalın çökməməsi (öz vəsaitlərinin) və bununla da bank fəaliyyətinin həmin Mərkəzi bank tərəfindən qoyulmuş mütləq normativlərinin pozulmasına yol verməmək üçün edilir.

2. Risklərin məhdudlaşdırılması

Risklərin məhdudlaşdırılması, bir qayda olaraq, risklərin qəbulunu müşayiət edir və təşkilatın və onun idarəetmə orqanlarının ayrı-ayrı vəzifəli şəxsləri və struktur yarımbölmələri arasında səlahiyyətlərin məhdudlaşdırılmasına yönəldilmiş bir sıra kompleks və kifayət qədər sərt inzibati tədbirlərin aparılmasını nəzərdə tutur. İdeya ayrı-ayrı şəxslərin və ya şəxslər qruplarının yalnız müəyyən edilmiş məbləğ və qabaqcadan müəyyən edilmiş müddətlər hüdudunda risklər etmək hüququnun rəsmi olaraq möhkəmləndirilməsindən ibarətdir. Bank sahəsində məhdudiyyətləri limit adlındırmaq qəbul edilmişdir.

Maraqların münaqişəsi meydana çıxarkən və mülahizələrdə yanlış fikirlərə gəlməmək üçün limitləri müəyyən etmək hüququ bir nəfərə deyil, bir qrup insanlara – kollegial idarəetmə orqanına verilir ki, bu orqana daha hərtərəfli və təcrübəli insanlar daxil edilməlidir.

Bir qayda olaraq, bu mühüm fiqurlar ali və orta manqanın rəhbərləridir. Limitlərin müəyyən edilməsi haqqında qəbul edilmiş qərarlar məcburi qaydada protokolda qeyd olunur.

Bir qayda olaraq, limitlərdən kredit (ödəniş riskləri) və fond (qısamüddətli maliyyə qoyuluşlarına daxil olan qiymətli kağızların kotirovkalarının əlverişsiz dəyişməsi riskləri) risklərinin məhdudlaşdırılması üçün istifadə olunur.

Kredit və fond risklərinin idarə edilməsi üçün limitlərin müəyyənləşdirilməsinin üç mühüm xüsusiyyəti vardır:

• limitləri nəinki ayrı-ayrı kontragentlər və ya qiymətli kağızların elementləri üçün, həm də holdinq strukturları üçün, o cümlədən onlarda olan və təşkilatın qarşılıqlı əlaqədə olduğu hər bir kontragentin ayrı-ayrılıqda sublimitləri də daxil olmaqla müəyyən etmək lazımdır;
• müəyyən edilmiş limitlər üzrə risklər müntəzəm olaraq qiymətləndirilməlidir;
• mütləq şərt müəssisənin yarımbölmələri və işçiləri tərəfindən müəyyən edilmiş limit intizamına nəzarətin təşkilidir.
Onu da yaddan çıxarmaq lazım deyil ki, risklər kənar ölçülər deyil və onların səviyyəsi vaxt ötdükcə, xeyli dəyişə bilir. Ona görə də, onları vaxt keçdikcə yenidən qiymətləndirmək və lazım olduqda, müəyyən edilmiş limitlərin həcmlərini elə nəzərdən keçirmək lazımdır ki, limitdən tam istifadə zamanı riskin pulla qiyməti təşkilat üçün itkilərin çox da həddindən kənara çıxmasın. Risklərin müxtəlif növləri üçün yenidən qiymətdəndirmənin müxtəlif dövriliyini tətbiq etmək məqsədəuyğundur. Risklərin məhdudlaşdırılması metodunun tətbiqinin əsas xüsusiyyəti limit intizamına riayətə nəzarətdir.

BOYD-the-risk13. Risklərin təmin edilməsi

Risklərin təmin edilməsini kredit və ya analoji risklərin idarə edilməsi üçün tətbiq etmək qəbul edilmişdir, halbuki, bu istifadə sahəsi təkcə bununla məhdudlaşmır. İdeya riskləri idarə edən şəxsin öz potensial itkilərini qabaqcadan müəyyən edilmiş təminat mənbəyi hesabına əvəz etmək kimi prioritet və qeyd-şərtsiz hüququnun almasından ibarətdir.
Təminatın bütün növlərini dörd əsas kateqoriyaya bölmək olar:

• üçüncü şəxslərin zəmanətləri
• qiymətli əşyaların girov qoyulması
• maddi əmlakın girov qoyulması
• tələb hüquqlarının girov qoyulması.

Təminat növləri kimi zəmanətlər, akkreditivlər, avalilər və s. təminat növləri kimi iqtisadi məzmununa görə bir-birindən çox az fərqlənir. Mahiyyət ondan ibarətdir ki, tərəflərdən birinin faktiki qabiliyyətinin olmadığı və ya müqavilə üzrə öhdəliyinin yerinə yetirməsindən imtina etməsi halında ikinci tərəf qarant (zəmanət verən, avilist, emitent, akkreditiv və s.) hesabına itkilərini bərpa edə bilsin. Bəzi hallarda təminat müəyyən əlverişsiz hadisələr (risklər) zamanı qarant rolunu oynayan sığortanı xatırladır. Burada başlıca mühüm məqamlar qarantın maliyyə sabitliyi və xeyirxah adıdır.

Daha bir təminat növü tələb hüquqlarının girovudur ki, bu, təminatlardan (zəmanətlərdən) sonuncuda qarant tərəfindən müstəqil iradəsini izahetməsinin olmasıdır. Tələb hüququ girovunda olan halda debitor borcu girov predmeti kimi çıxış edən borclunun öz arzuları adətən girov verəni maraqlandırmır. Bununla əlaqədar olaraq, borc saxlayan üçün əlavə qeyri-maliyyə riskləri və hüquqi çətinliklər meydana çıxa bilər. Ona görə də, əgər malların müvafiq partiyası artıq yoldadırsa,bu növün ən uğurlu variantı bütün hallarda ixrac akkreditivi üzrə tələb hüququnun girovu hesab edilir. Bu halda girov qoyan akkreditiv qoyulmuş bankın müştərisi olub, vəsaitlərin girov saxlayanın xeyrinə akseptsiz silinməsi haqqında sərəncam vermək ixtiyarındadır. Bank maliyyə sabitliyi və müsbət işgüzar nüfuzu olan müstəqil üçüncü şəxs kimi girov saxlayana öz girov hüquqlarını reallaşdırma zərurəti meydana çıxdığı halda bütün ödənişləri yerinə yetirəcəkdir.

Bu gün üçün hecləşdirmə – bazar risklərindən müdafiənin daha universal üsuludur ki, bunların meydana çıxma səbəbləri bazar qiymətlərinin, istər bu, konkret mal və xidmətlərin qiymətləri olsun, istər qiymətli kağızlar, xarici valyuta mübadiləsi kursları olsun, istərsə də kreditlər üzrə dərəcələr və s. dəyişkənliyində ehtiva edir. Nəzərdən keçirilən metodun mahiyyəti açıq möaqelərə müvafiq aktivlərə bazar qiymətlərinin qalxması və ya düşməsi haqqında zidd mülahizələrin yol verilməməsindən ibarətdir. Başqa sözlə, açıq mövqe yarandığı halda dərhal zidd bazar mövqeyini tutmaq zəruridir.

Məsələn, mal yolda olarkən və alıcı tərəfindən ödəniş həyata keçirilməyənə qədər kursu aşağı düşə bilən xarici valyutada ixrac müqaviləsi bağladıqdan sonra, müəssisə faktiki olaraq özü üçün riskli uzun mövqe açır. Bu halda əks qısa mövqe açmaq yolu ilə valyuta riski hecləşdirmək – maraqlandıran kursla xarici valyutanın satılması üçün forvard müqaviləsi bağlamaq olar. Forvard müqaviləsini bir qayda olaraq, birbaşa valyuta birjası vasitəsilə, FOREX bazarı və ya xidmətedici bankın köməyilə bağlamaq mümkündür. Əgər söhbət valyuta aktivindən (debitor borcu) yox, qiymətli kağızlardan və ya hər hansı xammaldan (neft, əlvan metallar, almazlar, kənd təsərrüfatı malları və s.) getsəydi, onda fyuçers müqavilələrindən danışmaq daha düzgün olardı. Forvard müqaviləsinin fyuçers müqaviləsindən fərqi yalnız sonuncuda həcmlərin (bazar lotları), müddətlərin və baza aktivinin keyfiyyətinin standartlaşdırılmasından ibarətdir.

4. Risklərin sığortası

Sığorta, demək olar ki, risklərin idarə edilməsinin ən yayılmış üsuludur. Sığortanın məziyyətləri məlumdur. Hətta belə bir yanlışlıq hiss oluna bilər ki, sığorta bütün dərdlərin dərmanıdır. Ona görə də, risklərin idarə edilməsi kimi sığortanın da müsbət yox, mənfi cəhətlərindən danışmata dəyər.

• Birincisi, obyektiv səbəblərə görə, sığorta – rsiklərin idarə edilməsi metodlarının ən bahalısıdır ki, bu onun cəlbediciliyini azaldır və müəssisə üçün böyük itkilərlə xarakterizə olunan risklərdən müdafiənin tətbiqi dairəsini daraldır, bununla belə, onların meydana gəlmə ehtimalını nisbətən aşağı salır.
• İkincisi, sığortaçı müəssisə üçün müəyyən risklər meydana çıxarsa, zəmanət verənə çevrilir. Bu o deməkdir ki, sığortanın köməyilə idarəetmə təsiri həyata keçirilən istənilən risk kredit riskinə transformasiya olunur, yəni sığorta edən tərəfindən ödənilməmə riskinə keçir. Öz növbəsində, bu, sıorta edənin maliyyə sabitliyinin və işgüzar adının qiymətləndirilməsinə gətirib çıxarır. Kredit riski bu halda mühüm göstəricidir: onun aşağı düşməsi ilə sığorta xidmətlərinin dəyəri proporsional olaraq artacaqdır.
• Üçüncüsü, maraqların münaqişəsini də yaddan çıxarmaq lazım deyil, belə ki, o, labüd olaraq sığorta halının baş verməsi ilə meydana çıxır. Ona görə də, sığortaçının hərəkətləri çox vaxt ona yönəldilir ki, sığorta əvəzlərini uzun müddət ödəməsin.

5. Risklərin satışı

Tələb təklifi doğurur. Ona görə də təşkilatların fəaliyyətində onların üzərinə götürə bilməyəcəkləri risklər yaranacaq ki, bunları almaq arzusunda olanlar da tapılacaq. Bu, texnologiyası çox sadə olan müstəqil biznes növüdür: riskə məruz qalan aktiv müəyyən diskontu olan üçüncü şəxsdən bilərəkdən alınır. Alıcının iqtisadi qazancı ondan ibarətdir ki, diskontun dərəcəsi alınan aktivin məruz qaldığı riskin səviyyəsindən yüksəkdir. Ona görə də, hətta itkilər olarsa (aktivin qiymətdən düşməsi), alınan riskin təsiri ilə alıcı mənfəət əldə etmək imkanına malikdir.

Bu metod əsasən kredit riskinin idarə edilməsi üçün istifadə olunur. Kredit riskinin idarə edilməsi üçün daha yaxşı alıcılar kimi faktorinq xidməti göstərən banklar (debitor borcların remaliyyələşdirilməsi) və ya ikinci bazarda müxtəlif vekselləri, girov kağızlarını alanlar, həmçinin borcların yığılması üzrə (kollektor xidmətləri) ixtisaslaşdırılmış agentliklərdir.

Risklərin satışının daha bir üsulu aktivlərin sekyurizasiyasından – müəyyən aktivlərlə, məsələn, kredit portfeli və ya investisiya qiymətli kağızlar portfeli ilə təmin edilmiş birja borc qiymətli kağızlarının buraxılışından ibarətdir. Risklərin satışının bu növü qeyri-maliyyə təşkilatları üçün o qədər də aktual deyil və Rusiyada kifayət qədər inkişaf etməmişdir.

6. Risklərdən yayınma

Bu metodun mahiyyəti təşkilat üçün müəyyən qədər olan risklərlə bağlı olan əməliyyatları həyata keçirməməkdən ibarətdir. İlk baxışdan sadə görünməyinə baxmayaraq, bu metodun tətbiqi üçün təşkilatın ştatında həyata keçiriləcək əməliyyata riskliliyin səviyyəsinin düzgün qiymətini verməyə qadir olan əməkdaşların olması zəruridir. Bundan başqa, gözlənilən gəlirləri, potensial itkiləri və təşkilat üçün onların nəticələrini müəyyən edə bilən kollegial idarəetmə orqanının olması vacibdir. Bütövlükdə, bu metodun inzibati-təşkilati (bürokratik) tətbiqi mexanizmi ona oxşardır ki, bir qədər əvvəl nəzərdən keçirilmiş risklərin məhdudlaşdırılması metodu üçün tələb olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər