15 C
Baku
Friday, April 26, 2024

Riskin qəbuledilməzliyi

Risk aversion (riskin qəbuledilməzliyi) – əvvəlcədən məlum olan nəticənin daha çox udmaq və ya ümumiyyətlə heç nə əldə etməmək riskindən daha üstün tutulmasıdır, hətta gələcək uduşun riyazi gözləmə gələcək məğlubiyyətin riyazi gözləməsinə bərabər olsa da.

Riskin qəbuledilməzliyi bir qayda olaraq, risk etmək və riskə getməmək seçimmi qarşısında dayanan əksər insanların əsas davranış formasıdır

Riskin qəbuledilməzliyi

nepriyatie riska
Bu situasiyanı qrafik və məhdud faydalılıq qanunun köməyi ilə nəzərdən keçirək. Təsəvvür edək ki, bizim ehtiyatlarımız 2 min şərti pul vahidi təşkil edir, onların bizim üçün faydalılığı isə 300 şərti faydalılıq vahidi təşkil edir. Əgər sizə 1 min şərti pul vahidi ilə risk etməyi təklif etsələr, uduzmaq və qazanmaq şansları, həm də şərtləri bərabər olsa, yəni siz ya siz əlavə 1 min şərti pul vahidi əldə edirsiniz və sizin ehtiyatlarınız 3 min şərti pul vahidinə yüksəlir, ya da 1 min ş.p. vahidi itirsiniz və sizin ehtiyatlarınız 1 min şərti pul vahidinə qədər azalır. Əgər pul ilə ifadə etdikdə sizin ehtimal olunan gəlirləriniz və xərcləriniz bərabərdirsə, nəticə etibarı ilə isə riyazi uduş gözləntisi sıfıra bərabərdir: (0,5 × 1000 + 0,5 × (- 1000)), uduş halında sizin faydalılığınız yalnız 20 şərti faydalılıq vahidi yüksəlir, uduzmaq halında isə 100 şərti faydalılıq vahidinə qədər azalır. Yəni faydalılıqda uduşun riyazi gözləməsi – 40 şərti faydalılıq vahidi (0,5 × 20 + 0,5 × (- 100)) təşkil edir. Riyazi gözləmənin mənfi qiyməti olduğu üçün siz risk etmək təklifini qəbul etməyəcəksiniz. Bu həm də ona görə aydındır ki, sizin faydalılıqda uduşunuzun məğlubiyyətinizdən xeyli az olacaqdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər