12 C
Baku
Wednesday, December 11, 2024

Risklərin İdarə Edilməsi şöbəsinə mütəxəssis – “PAŞA Həyat”

Struktur bölmə: Risklərin idarəedilməsi departamenti/ Kredit, bazar və likvidlik risklərinin idarəedilməsi şöbəsi

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Vəzifə: Mütəxəssis

Son müraciət tarixi: 31 yanvar 2018-ci il

İş saatları (iş rejimi): 09:00-18:00

Vəzifənin öhdəlikləri:

1. Bazar risklərinin müəyyən edilməsi (o cümlədən, valyuta riski, faiz riski, qiymət riski) və onların idarəedilməsi üzrə nəzarət mexanizmlərinin yaradılması üçün təkliflərin verilməsi;
2. İqtisadiyyatda və sığorta sektorunda baş verə biləcək potensial dəyişikliklərin araşdırılması;
3. Risklərin İdarəedilməsi Komitəsi tərəfindən müəyyən olunmuş xüsusi istiqamətlər üzrə alət və modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
4. Risk Siyasəti çərçivəsində maliyyə alətləri üzrə bazar riski limitlərinin müəyyənləşdirilməsi, limit pozuntuları olduqda qabaqlayıcı tədbirlərin həyata keçirilməsi;
5. Bazar risklərinin monitorinq edilməsi və hesabatların hazırlanması;
6. Qəbul olunmuş metodologiyalar əsasında bazar riskləri üzrə stress-testlərin aparılması.

Namizədə olan tələblər:

İş təcrübəsi: Bazar risklərinin idarəedilməsi sahəsində ən azı 2 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: İqtisadiyyat, Ekonometrika və ya Riyaziyyat ixtisası üzrə bakalavr təhsili tələb olunur
Dil bilikləri: İngilis dilini yaxşı səviyyədə bilməlidir
Kompüter bilikləri: MS Office, R, Matlab
Üstünlüklər: CFA sertifikatına malik namizədlərə üstünlük veriləcəkdir
Fərdi keyfiyyət tələbləri: Risklərə nəzarət etmə və onları qiymətləndirmə bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, proqnoz vermə bacarığı, riyazi bacarıqlar, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası: CV-lər  “Risklərin idarəedilməsi – mütəxəssis” mövzusu ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər