Maliyyə sektorunda baş verən iqtisadi hadisələr bir daha göstərir ki, risklərin idarə edilməsi günümüzdə olduqca prioritetdir və yaxın gələcəkdə maliyyə institutları risklərin idarə edilməsinə olan diqqəti daha da artıracaqdır.
Risk menecmentə olan təlabatı nəzəra alaraq 15.02.2016 tarixindən etibarən “Risklərin İdarə Edilməsi” treninqinə start veririk. Treninq aşağıdakı modullardan ibarətdir:
- Əməliyyat risklərinin idarə edilməsi
- Kredit risklərinin idarə edilməsi
- Bazar risklərinin idarə edilməsi
- Risklərin idarə edilməsi üçün zəruri excel bilikləri
Bu treninqdə Siz risklərin idarə edilməsinin nəzəri əsasları ilə bərabər məlumat bazası üzərində bu gün bank sektorunda istifadə edilən bütün əsas hesabat formalarını tərtib etməyi, nəticələri analiz etməyi, stress testlər keçirməyi və proqnozlar verməyi bacaracaqsınız. Təlimi Azərbaycanın bank sektorundakı ən qabaqcıl banklarında uzun illərdir risk sahəsində çalışan potensiallı kadrlar tədris edəcəkdir.
Yazılmaq və ya ətraflı məlumat almaq istəsəniz , linkinə daxil olaraq məlumat ala bilərsiniz.