13 C
Baku
Friday, April 26, 2024

Risklərin İdarəedilməsi Departamentinin direktoru – Turan Bank

Risklərin İdarəedilməsi Departamentinin direktoru

Vakansiya: Risklərin İdarəedilməsi Departamentinin direktoru

Vəzifə öhdəlikləri

  • Bankın risk siyasətinin və qaydalarının hazırlanması, risklərin idarəedilməs üzrə strategiya və taktikaların inkişaf etdirilməsi;
  • Risk təhlili metodologiyasının işlənib hazırlanması, idarə edilməsi üsulları metodlarının və  risklərin azaldılması üsullarının inkişaf etdirilməsi;
  • Bankın risk idarəetmə qurumlarının formalaşdırılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi;
  • Risklərin idarə edilməsi üzrə idarəetmə prosedurlarının tətbiqinin düzgünlüyünə, adekvatlığına və tamlığına nəzarəti təmin etmək;
  • Risk hesabatlarının, audit yoxlamalarının, nəzarət strukturları üzrə aparılmış yoxlamaların, idarəetmə qərarlarının təhlili və sapmaların səbəblərini analiz etmək. Təyin edilmiş çərçivədə zərərlərin baş verməsinə dair təhdidləri müəyyənləşdirmək və təhlükə mənbələrini müəyyən etmək üçün məqsədyönlü iş aparmaq;
  • Hər bir risk üzrə təhlükə xəritəsini yaratmaq və idarə olunması məqsədlərinə nail olmaqda prioritet vəzifələri (əsas uğurlu amilləri) təşkil etmək;

Namizədə tələblər 

  • İqtisadi ali təhsil, tətbiqi riyaziyyat və digər analitik ixtisaslar üzrə ali təhsil
  • Bankın risk menecment və audit sahələrində 5 il və daha çox iş təcrübəsi
  • FRM, CFA sertifikatlarına sahib olanlar üstünlük hüququ əldə edə bilərlər
  • Analitik düşüncə və ehtimal təhlükələri (riskləri) müəyyən etmə qabiliyyəti,
  • Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı
  • Rus və İngilis dillərində danışma və oxuma bacarığı
  • MS Office proqramlarından istifadə bacarığı

Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Risklərin İdarəedilməsi Departamentinin direktoru” yazmağı unutmayın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər