13 C
Baku
Tuesday, May 7, 2024

Riskli aktiv bitkoin ucuzlaşır, risksiz aktiv qızıl isə bahalaşır

Riskli aktiv sayılan kriptovalyutalar Rusiya-Ukrayna böhranı ərəfəsində dəyər itirdiyi halda, risksiz aktiv sayılan qızıl bahalaşdı. Bitkoinin qiyməti yenidən ucuzlaşaraq 37 min dollardan aşağı düşdü.

Banker.az xəbər verir ki, BTC Bakı vaxtı ilə 08:40 radələrində sutkalıq müqayisədə $2 204, yaxud 5.66% ucuzlaşma ilə $36 732 səviyyəsinə qədər ucuzlaşma yaşadı. Bitkoinin kapitalizasiyası isə azalaraq $697.2 milyarda düşüb.

Qızılın bir unsiyası isə (COMEX) gece saatlarında bahalaşma ilə yanaşı, sessiya açılandan daha 2.58 dollar, yaxud 0.14% bahalaşma ilə $1 907.8-ə çatdı ki, bu da 2020-ci ildəki göstəricidən bu tərəfə maksimumdur.

Altkoinlərdən  Ethereum (ETC) ucuzlaşaraq 8%-dən çox ucuzlaşmaqla $2 518-ə, Tether (USDT) $1.001 olmaqla qismən sabit qalıb.

Bazar kapitalizasiyasına görə ilk 10-luqda olan Cardano (ADA) 16% ucuzlaşma ilə $0.8224 səviyyəsinə düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər