7 C
Baku
Thursday, December 12, 2024

“Rivian” kapitallaşmasına görə “Volkswagen”i keçib

“Rivian” – “Tesla”nın rəqibi – birjaya çıxdıqdan beş gün sonra kapitallaşma baxımından Avropanın ən böyük Avtomobil istehsalçısı “Volkswagen”i geridə qoyub.

Banker.az xəbər verir ki, onun bazar dəyəri 150 milyard dollara yaxınlaşır.

Qeyd edək ki, “Rivian” səhmləri çərşənbə axşamı “Nasdaq”da təxminən 14%artaraq 169.7 dollara yüksəlib. Birjada olan məlumatlara əsasən, IPO zamanı səhmlər orta hesabla 118% bahalaşıb.

Nəticədə “Rivian”ın kapitallaşması 150 milyard dollara yaxınlaşdı ki, bu da “Volkswagen”in bazar dəyərindən (138.7 milyard dollar) çoxdur. “Porsche”, “Audi” və “Lamborghini” markalarına sahib olan “Volkswagen” konserni ildə təxminən 10 milyon avtomobil istehsal edir və 250 milyard avro gəlir əldə edir.

“Rivian” hələ kütləvi istehsala başlamayıb. Şirkət 2023-cü ildə 150 min avtomobil istehsal etməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər