18 C
Baku
Şənbə, Sentyabr 25, 2021

“Robinhood”un səhmləri investorların artan marağı fonunda 81% bahalaşıb

Screen Shot 2021 09 02 at 14.34.20

“Robinhood” onlayn-brokerinin səhmləri “Reddit” platformasındakı investorların artan marağı fonunda 81% bahalaşaraq biri 85 dollar səviyyəsinə çatıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Verilən məlumata görə, yüksək dəyişkənliyə görə hərraclar bir neçə dəfə dayandırılıb.

Nəzərəçarpan artım 3 avqustda, populyar investor Keti Vudun “ARK Invest’s Wood” şirkətinin 4.2 milyon dollarlıq səhm alışından sonra başlayıb. “CNBC” yazır ki, adətən onun diqqəti səhmlərin artmasına səbəb olur.

Bununla yanaşı, pərakəndə investorların “Robinhood”a marağı artıb və onlar 19.4 milyon dollarlıq səhm alaraq şirkəti investisiyalar üçün ən populyar tətbiqlər arasında 11-ci yerə yüksəldiblər.

Xatırladaq ki, birjada debüt etdiyi gün “Robinhood” ticarət həcmi baxımından 28-ci yerdə olub, sonra 47-ci yerə enib, avqustun 2-də isə ən ilk 100-lüyə daxil olub. Ümumilikdə, avqustun 3-də “Robinhood” səhmlərinin ümumi pərakəndə satışları əvvəlki gündən təxminən 10 dəfə artıb.

29 iyul tarixində onlayn-broker “Nastaq” birjasına 38 dollar qiymətlə çıxıb. Hərraclar başlayandan dərhal sonra səhmlər 12% ucuzlaşıb və 33.35 dollar səviyyəsinə enib.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər