26 C
Baku
Wednesday, April 24, 2024

Robot-maliyyə məsləhətçisi: pulların idarə edilməsini necə asanlaşdırmaq olar?

Sinqapurda qadınlar üçün yeni robot-maliyyə məsləhətçisi olan Miss Kaya pul vəsaitlərinin idarə edilməsi prosesini asanlaşdıracaq və daha aydın edəcək.
Robot yaradıcıları belə iddia edir ki, bu kəşf qadınlara maliyyə məsələlərində daha da uğurlu olmağa kömək edəcək.

İlkin mərhələdə Miss Kaya robotunun xidmətlərindən gəliri orta səviyyədən yuxarı olan şəxslər istifadə edə biləcək. Robot-məsləhətçi istifadəçinin maliyyə məqsədlərini nəzərə alır, individual hərəkət qrafiki və gözlənilən nəticələrdən ibarət unikal portfolio yaradır.

Servis qadınların orta səviyyəli yaşam müddətini və xərclərinin xüsusiyyətlərini nəzərə almaqla yaradılıb.

İxtiraçılar qeyd edirlər ki, Miss Kaya yalnızca qadınlara investisiya məsələlərinə yardım etmək üçün yaradılmayıb. Onun köməkliyi ilə qadınlar qarşılarına qoyduqları məqsədlərə uğurla nail olaraq özlərini maliyyə məsələlərində daha əmin hiss edəcəklər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər