2 C
Baku
Sunday, December 15, 2024

Roman Abramoviç sanksiyalara məruz qalıb

İngiltərənin “Çelsi” klubunun rusiyalı sahibi Roman Abramoviç Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.

Səbəb Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Hökumətin açıqlamasında bildirilib ki, Abramoviçin aktivləri dondurulacaq, ona Britaniyanın fiziki və hüquqi şəxsləri ilə əməliyyat keçirməsi qadağan ediləcək.

Abramoviçin səfərlərinə və uzun yol qət etməsinə də sanksiya qoyulub.

London təmsilçisi xüsusi lisenziya ilə işləyə biləcək. Klubun satışı hələlik dayandırılıb. “Zadəganlar”a bilet satışına da icazə verilməyəcək. Komandanın oyunlarına yalnız abunəsi olan şəxslər gələ bilərlər.

Son xəbərlər
Digər xəbərlər