22 C
Baku
Thursday, April 25, 2024

Ronaldu dünyanın ən çox qazanan futbolçuları reytinqində Messini keçdi

Argentinalı hücumçu Lionel Messi son üç ildə ilk dəfə ən çox qazanan futbolçu mövqeyini itirib. “Forbes” reytinqində onu portuqaliyalı hücumçu Kriştianu Ronaldu qabaqlayıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

“Manchester United” futbol klubuna qayıdan hücumçu son bir ildə 125 milyon dollar, “Barcelona”dan “Paris Sen-Jermen”ə keçən Messi isə 110 milyon dollar qazanıb.

Qeyd edək ki, Ronaldu idman dünyasının ən uğurlu iş adamı deyil: müqayisə üçün tennisçi Rocer Federer reklamdan və şəxsi biznesindən 90 milyon dollar, basketbolçu Lebron Ceyms – 65 milyon dollar, golfçu Tayqer Vuds – 60 milyon dollar qazanır. Lakin futbolçular arasında portuqaliyalı liderlik edir.

Son üç ildə ilk dəfə hücumçu Lionel Messi ikinci yerdədir. Argentinalı idmançının 2000-ci ildən bəri oynadığı “Barcelona”dan “Paris Srn-Jermen”ə keçməsi də kömək etməyib. İl ərzində Messi 110 milyon dollar qazanıb, bunun 75 milyon dolları onun əməkhaqqısı təşkil edib.

Eyni zamanda “Qızıl top” mükafatının sahibi “Pepsi”, “Adidas”, “Jacobs & Co” və “Budweiser” şirkəti ilə bağladığı müqavilələrdən daha 35 milyon dollar qazanıb. Reytinqdə üçüncü yeri “Paris Sen-Jermen”in digər hücumçusu Neymar tutub. Onun illik gəliri 95 milyon dollar təşkil edib. Dördüncü yerdə “PSJ”nin daha bir oyunçusu Kilian Mbappe (43 milyon dollar) dayanır, beşinci yeri isə “Liverpool”un hücumçusu Məhəmməd Salah tutub. O, il ərzində 41 milyon dollar qazanıb.

İlk onluğa həmçinin Robert Levandovski və Andres İnvesta (hər biri 35 milyon dollar), Pol Poqba (34 milyon dollar), Qaret Beyl (32 milyon dollar) və Eden Azar (29 milyon dollar) daxil olub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər