10 C
Baku
Friday, December 13, 2024

“Rosaviasiya” Yekaterinburqdan Azərbaycana uçuşların həyata keçirilməsi üçün verilən icazəni geri çağırıb

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Yekaterinburqdan Azərbaycana uçuşların həyata keçirilməsi üçün verilən icazəni geri çağırıb.

Qurumun 23 sentyabr tarixli iclasının yekunları üzrə “Rosaviasiya” “İrAero” aviaşirkətinə Azərbaycana uçuşların həyata keçirilməsi üçün verilmiş icazənin geri çağırılması barədə qərar qəbul edib. O cümlədən, daşıyıcının imtina etməsi səbəbindən “İrAero” aviaşirkətinin Yekaterinburq-Bakı (həftənin bütün günləri) və Yekaterinburq-Lənkəran reyslərinə (həftədə iki dəfə) icazəsi də geri çağırılıb.

Bundan başqa, “Rosaviasiya” “Red Wings” və “AZİMUT” aviaşirkətlərinin Azərbaycana uçuşlar həyata keçirməsinə icazə verməyib. “Red Wings” aviaşirkətinin Yekaterinburq-Bakı (həftədə 4 dəfə), “AZİMUT” aviaşirkətinin isə Krasnodar-Bakı reyslərini yerinə yetirməsinə icazə verilməyib.

Həmçinin “Pobeda” aviaşirkəti tərəfindən çarter reyslərinin yerinə yetirilməsinə icazə verilməsi ilə bağlı dəyişikliklər edilib. Daşıyıcının Azərbaycan, Bolqarıstan, İspaniya, İsrail, İtaliya (Roma, Milan), Fransa, Kuba, İordaniya, Latviya, Estoniya, Niderland və Macarıstan istisna olmaqla, xarici dövlətlərin ərazisindəki məntəqələrə və məntəqələrdən çarter reyslərinin yerinə yetirilməsinə verilən icazənin müddəti uzadılıb.

Son xəbərlər
Digər xəbərlər