5 C
Baku
Saturday, December 14, 2024

Rövşən Nəcəf: “Avropaya təbii qaz ixracını artırmaq potensialımız var”

“Azərbaycanın Avropaya təbii qaz ixracını artırmaq potensialı var”.

Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində bu gün Şuşada təşkil edilmiş “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusunda xüsusi sessiyada bildirib.

Hazırda Azərbaycanın tədarük edə biləcəyi kifayət qədər qaz potensialının olduğunu söyləyən SOCAR rəhbəri qeyd edib ki, hazırkı mərhələdə Cənub Qaz Dəhlizi vasitəsilə nəzərdə tutulan həcmdən əlavə qazın nəqli mümkün deyil: “Əlavə qaz həcmlərinin daşınması üçün dəhlizin ötürücülük qabiliyyətinin artırılması vacibdir. Bu səbəbdən qarşımızda duran əsas məsələlərdən biri Cənub Qaz Dəhlizinin nəqletmə gücünün artırılmasıdır. Bunun üçün avropalı tərəfdaşlarımızın, alıcılarımızın və beynəlxalq maliyyə qurumlarının dəstəyi önəmlidir. Biz tərəfdaşlarımızla danışıqlar prosesini davam etdiririk. Onu da vurğulamalıyam ki, bu prosesə dərhal başlamaq üçün hazırda əlverişli fürsət mövcuddur”.

 

 

Son xəbərlər
Digər xəbərlər