13 C
Baku
Wednesday, May 8, 2024

Rövşən Nəcəf: “Korporativ strategiyamız uzunmüddətli hədəfləri nəzərdə tutur”

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2035-ci ilədək nümunəvi və ən müasir enerji şirkətlərindən birinə çevrilməyi qarşısına məqsəd qoyub.

Bunu SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində bu gün Şuşada təşkil edilmiş “Xalis sıfıra aparan yol: Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşıl enerji potensialının inkişafı” mövzusunda xüsusi sessiyada bildirib.

SOCAR-ın korporativ strategiyasından bəhs edən R.Nəcəf deyib ki, şirkət yalnız neft-qaz layihələrinə deyil, həmçinin bərpaolunan enerji mənbələri, quruda və dənizdə külək enerjisi layihələri və digər aşağı emissiyalı sahələrdə potensial bazar imkanlarını nəzərdən keçirir:

“Bizim strategiyamız qısa və ya orta müddətli deyil, uzunmüddətli hədəfləri nəzərdə tutur”.

O qeyd edib ki, SOCAR öz müəssisələrində rəqəmsal enerji texnologiyalarının tətbiqinə də üstünlük verir və bunu prioritet istiqamət kimi müəyyənləşdirib.

Neft və qaza olan tələbatın bundan sonra da davam edəcəyini söyləyən Rövşən Nəcəf bununla bərabər olaraq, iqlim dəyişikliyi, bərpaolunan enerji məsələlərinin də diqqətdən kənarda saxlanılmamalı olduğunu vurğulayıb. O bildirib ki, enerji istehsalının bərpaolunan mənbələr hesabına artırılması ilə təbii qaz sərfiyyatı azaldıla və beləliklə, qənaət edilən qaz xarici bazarlara ixrac oluna bilər.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər