“RSM Azerbaijan” şirkəti “Azərxalça” ASC-nin 5 illik strateji inkişaf planını hazırlayacaq.
“RSM Azerbaijan” şirkəti “Azərxalça” ASC-nin 5 illik strateji inkişaf planının hazırlanmasına dair elan etdiyi kotirovka sorğusunun qalibi olub. Tərəflər arasında oktyabrın 31-də müqavilə imzalanıb”, – Banker.az-a ASC-dən məlumat verilir.
Müqavilənin dəyəri 35,4 min manatdır.
Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2016-cı il tarixili sərəncamı ilə “Azərxalça” ASC yaradılıb.
2019-cu ilin sonunadək “Azərxalça”nın filiallarının (emalatxanalar) sayı 30-a çatacaq.