Ermənistan və Türkiyə sərhədlərinin 3-cü ölkə vətəndaşları üçün açılması yayda planlaşdırılır.
Bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan jurnalistlərə açıqlamasında deyib.
O, Türkiyə ilə sərhəddə yerləşən “Marqara” nəzarət-buraxılış məntəqəsinin açılması üçüm texniki vasitələrlə təmin olunduğunu deyib.
Ruben Rubinyan əmin edib ki, Türkiyə tərəfi də sərhədin öz tərəfindən analoji tədbirlər görüb.
Ruben Rubinyan Türkiyə-Ermənistan sərhədində yerləşən Ani körpüsünün də bərpasının qüvvədə olduğunu, lakin işlərin hələ başlamadığını deyib.