9 C
Baku
Thursday, December 12, 2024

Rubl dünyanın ən volatil (dəyişkən) valyutası oldu

Fevralın 21-i axşam saatlarında rublun dollar/rubl cütü üzrə hesablanan volatilliyi (bazarın məzənnə dəyişkənliyinin gələcək amplitudasını göstərir) 33.97%-ə çatıb.

Banker.az xəbər verir ki, geosiyasi vəziyyətin kəskinləşməsi fonunda Rusiyanın milli valyutasının volatilliyi pandemiyanın başlamasından bəri maksimum həddə yaxınlaşıb: 2020-ci il martın 18-i göstərici 37.7% olub.

Qeyd edək ki, rubl hələ fevralın 14-ü türk lirəsini keçərək dünyanın ən dəyişkən valyutasına çevrilib. Onda rublun dəyişkənliyi 24.3%-ə çatmışdı, türk lirəsinin isə 19.75%-ə enmişdi.

2015-ci ilin fevralından rublun dəyişkənliyi yalnız pandemiya dövründə 30%-dən yuxarı olub. Göstəricilərin ən yüksək qiyməti valyuta və maliyyə bazarlarında “Qara çərşənbə axşamı”ndan sonra 2014-cü ilin dekabrında qeydə alınıb və 75% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər