27 C
Baku
Saturday, July 27, 2024

Rüfət Aslanlının Gədəbəydəki villasının – fotoları

Son günlər yerli KİV-də, Türkiyənin “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq sədri Rüfət Aslanlı barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət edib.

2012-ci ildə R.Aslanlı ilə şirkətin təmsilçisi Murat İyigörür arasında müqavilə imzalanıb. Banker.az bildirir ki, bu barədə “Qafqazinfo”ya daxil olan müraciətdə qeyd olunur.

Razılaşmaya görə, şirkət R.Aslanlıya məxsus Nərimanov rayonunda yerləşən “Roseville Apartments” yaşayış binasında ümumi sahəsi 620 m2 olan, satın alınaraq birləşdirilmiş üç ədəd mənzildə və Gədəbəy rayonunun dağlıq ərazisində yerləşən daşdan tikilmiş qəsr tipli villada quraşdırılması üçün xaricdən daxili dekorasiya məhsulları, texniki avadanlıqlar, lüstrlər, mebellər, ipək xalçalar alaraq gətirib.

Eləcə də bax: Baş Prokurorluqdan Rüfət Aslanlı ilə bağlı açıqlama verib

M.İyigörür həm villa, həm də birləşdirilmiş mənzillər üçün zəruri avadanlıqlardan başqa, R.Aslanlının sifarişi əsasında “Aslanlı” ailə nişanı ilə xüsusi toxunan xalçalar, dəsmallar, qoxulu sabunlar da hazırlatdıraraq keçmiş sədrə göndərib.

Bu gün sözügedən şirkət Gədəbəydəki villanın və Aslanlı ailəsinə məxsus nişanının fotolarını göndərib. Həmin fotoları təqdim edirik:

Son xəbərlər
Digər xəbərlər