7 C
Baku
Thursday, December 12, 2024

Rupert Ştadler tutduğu vəzifələrdən azad edilib

Volkswagen və Audi şirkətlərinin Müşahidə şurası, şuranın idarə heyətinin üzvü Rupert Ştadleri tutduğu bütün vəzifələrdən azad etmək qərarına gəlib. “Dizelgeyt” işi üzrə həbs edilən yüksək səviyyəli meneceri iyun ayında müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılsa da, hazırda Ştadler özü tutuduğu vəzifələrdən azad edilməsini istəyib. Bu barədə Banker.az AutoGraph-a istinad edir.

O, bunun səbəbi kimi diqqətini özünün müdafiəsinə cəmləmək olduğunu bildirib və ərizə ilə müraciət edib. Alman istehsalçısının mətbuat xidmətinin müraciətində Ştadlerin “dizelgeyt” ilə əlaqədar dələduzluqda və sübutların gizlədilməsində ittiham olunduğu bildirilir. Onun Volkswagen AG və Audi AG şirkətlərinin müşahidə şurasında tutduğu vəzifələri icra etməsinin qeyri-mümkün olduğu və Ştadlerin özünün ərizə ilə müraciət etdiyi da qeyd edilib.

 

Image result for rupert stadler
rupert stadler

“Handelsblatt” qəzetinin Volkswagen qrupundakı mənbələrinin bildirdiyinə görə, Ştadlerə yeddi milyon avro kompensasiya alacaqdır. Lakin, şərtlərə görə, o Almaniyanın ərazisində hər hansı bir cinayətədə günahkar olduğunu boynuna almamalıdır. Bundan başqa, şirkət Ştadlerə rəqib şirkətlərdə işdən imtina etməsi halında əlavə 1,5 milyon avro ödəyəcəyini bildirib.

 

Son xəbərlər
Digər xəbərlər