6 C
Baku
Saturday, February 24, 2024

Rus milyarderlərin sərvəti kəskin azaldı

Rusiya milyarderlərinin ümumi sərvəti ötən il 93.753 milyard dollar azalıb.

Bu barədə “Bloomberg” agentliyinin Milyarderlər İndeksində (BBI) qeyd olunub.

Milyarderlər İndeksinə dünyanın ən zəngin 500 adamı daxildir. Burada Rusiya Federasiyasının 23 vətəndaşı var. Onların ümumi sərvəti 269 milyard dollar təşkil edir. Bu da 2022-ci il dekabrın 1-i ilə müqayisədə təxminən 27 milyard dollar azdır.

Reytinqdə birinci yerdə “Norilsk Nikel”in əsas sahibi Vladimir Potandir, onun sərvəti keçən il 2.28 milyard dollar azalaraq 28.6 milyard dollar olub.

“Lukoyl”un keçmiş rəhbəri Vahid Ələkbərov altıncı yerdə qərarlaşıb (6.38 milyard dollar azalaraq 15.4 milyard dollar).

Son xəbərlər
Digər xəbərlər