26 C
Baku
Saturday, July 27, 2024

Rusiya əhalisinin əksəriyyətinin əmanəti yoxdur

Rusiya ailələrinin 59%-nin əmanəti yoxdur.

“Rambler News Service” xəbər verir ki, bu barədə Rusiya Bankının (Mərkəzi Bank) sifarişi ilə “inFOM” təşkilatı tərəfindən aparılan sorğunun nəticələsində məlum olub. Göstərici son 3 ayda dəyişməsə də, ötən ilin dekabrında 64% təşkil edib.

Sorğuda iştirak edənlərin 40%-i əmanətlərinin bankda saxlanılmasının tərəfdarıdır. Milli maliyyə araşdırmaları Agentliyinin hesabatına əsasən, əhalinin yalnız 36%-nin banklarda hesabı var. Bank hesabı olan insanların sayı 2016-cı ildə 55%-dən 40%-ə düşüb. Əhalinin 40%-i isə bildirib ki, onların pulu ancaq yeməyə kifayət edir.

Son xəbərlər
Digər xəbərlər